2020-ci ilin I rübündə Azərbaycan kartof ixracını 37,3% - 1,391 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Kartof ixracının dəyəri $605,11 min (artım 36,6%) təşkil edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-mart aylarında bu ölkəyə $566,81 min dəyərində (artım 36,7%) 1,295 min ton kartof (artım 36,2%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 93,1%-i RF-nin payına düşüb.
Yanvar-mart aylarında Azərbaycana $17,811 milyon dəyərində (artım 2,6%) 64,276 min ton kartof (azalma 3,8%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya və İran olub. Rusiya 36,028 min ton ($10 milyon 92,24 min), İran 25,802 min ton ($6 milyon 297,08 min) kartof tədarük edib. RF-dən kartof idxalı miqdar ifadəsində 35%, dəyər ifadəsində 52,6% artıb.
2019-cu ildə Azərbaycan $26 milyon 851,81 min dəyərində 61,785 min ton kartof ixrac edib.*
B.Rüstəmbəyov