Prezident İlham Əliyev Tərtər rayonunda 21 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 1,47 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Məqsəd Tərtər rayonunun əhalisi 28149 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsindən ibarətdir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov