Azərbaycan hərbçiləri iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək”, - deyə məlumatda bildirilir.
Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.*
X.Nəsirzadə