Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Ağcabədi rayonuna səfər çərçivəsində Ağcabədidə bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev “ASAN xidmət” mərkəzinin açılışı, “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimi və Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilməsi tədbirində iştirak edib.
Bundan əlavə, prezident Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilməsi tədbirində iştirak edib. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına müəssisə barədə məlumat verdi.
Həmçinin, prezident Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib. **
X.Nəsirzadə