Azərbaycanda 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
“5 nəfər vəfat edib, 101 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Sədrin sözlərinə görə, hazırkı dövrədək ölkəmizdə 6 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib.
“2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 96 nəfər reanimasiyadadır”, – deyə R.Bayramlı əlavə edib.*
B.Rüstəmbəyov