Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasını azərbaycanafobiyada ittiham edib.
“Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”, - Əliyev çərşənbə günü Tərtər Olimpiya İdman Kompleksinin açılışında bildirib.
Əliyev bir daha təsdiq edib ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər “kağız parçasıdır”.
Həmçinin, prezident Avropa Şurasını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ədalətsiz mövqedə ittiham edib. “Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər”, - o qeyd edib.
Əliyev əlavə edib ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar. “ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”, - Azərbaycan prezidenti vurğulayıb.
Глава государства отметил, что Совет Европы умалчивает о процессах, протекающих в других странах. «Полицейский произвол, применение силы против протестующих, убийства протестующих, массовые аресты, избиение журналистов, аресты, где все это происходит? В западных странах. Пусть раскроют глаза, увидят все это и пусть стесняются, что молчат. Почему? Потому что, они боятся сильных государств. Считают, что этот вопрос не имеет никакого отношения к защите прав человека», - добавил Алиев.
Б.Рустамбеков
Dövlət başçısı qeyd edib ki, AŞ digər ölkələrdə baş verən prosesləri görür və susur. “Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur”, - Əliyev əlavə edib. **
B.Rüstəmbəyov