“Bakı Metropoliteni” QSC tunellərində istifadə olunan korroziya əleyhinə xüsusi boya örtüklərinin satın alınması 863 min manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “Bakı Metropoliteni” bu məhsulların satın alınmasına dair "CMT GROUP" MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 863 min 511.26 manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.** N.Abbasova