“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Gəncə Avtomobil Zavodu” MMC-dən müxtəlif avadanlıqlar alır.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, zavodla bağlanmış müqavilənin predmeti hidrotexniki qurğuların, nasos stansiyaları və subartezian quyularının fasiləsiz işinin təmin edilməsi üçün əsas vəsaitlərin, nəqliyyat vasitələrinin, torpaqqazan maşınların, nasosların, elektrik və digər zəruri avadanlıqların alınmasıdır.
Müqavilənin dəyəri 5 milyon 169,12 min manatdır.*
X.Nəsirzadə