Azərbaycanın iri şəhərlərində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq olunacaq. Bu barədə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov bəyan edib.
“Martın 24-dən Covid-19 səbəbindən Azərbaycanda xüsusi karantin rejimi elan edilib.
Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Daha sonar isə yumşaldılma tədbirlərinə başlanmışdır. Son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır”, - Əsədovun müraciətində qeyd olunur.
Baş nazir vurğulayıb ki, vəziyyətlə əlaqədar qəbul edilən qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
“Bu rejim tam təcridi nəzərdə tutur”, - o vurğulayıb.
Əsədov əlavə edib ki, bu qərar Operativ Qərargah tərəfindən qəbul olunub.
Naş nazir bildirib ki, xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq. **