"Xalq Sığorta” şirkəti Dövlət Turizm Agentliyinin (DTA) Qoruqların İdarəetmə Mərkəzinə əməkdaşların könüllü tibbi sığortası (KTS) üzrə xidmətlər göstərəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, tərəflər arasında 8,766 min manat məbləğində müqavilə bağlanılıb.
Prezident İlham Əliyev 2018-ci ilin dekabr ayında Dövlət Turizm Agentliyinin nəzdində Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Mərkəzin yaradılmasında məqsəd Dövlət Turizm Agentliyinin tabeliyindəki nadir tarixi-mədəni irs nümunələri olan dövlət qoruqlarının idarə edilməsidir.
"Xalq Sığorta" şirkəti 2006-cı ilin aprel ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının həcminə görə ölkənin 15 aparıcı sığorta şirkətindən biridir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir.*
Ə.Məmmədov