Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,1 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə