“AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) mətbat xidməti məlumat verir.
“ADİF-in Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində ABB seçilib”, - məlumatda qeyd olunur.
Fonddan bildirilir ki, kompensasiyalar nağdsız qaydada ödəniləcək.
Həmçinin, kompensasiyalar iki mərhələdə qaytarılacaq.
Birinci mərhələdə 16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək olan əmanətlər üzrə ABB-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaları veriləcək. İkinci mərhələdə 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanacaq.
Mərkəzi Bank mayın 12-də "AGBank" ASC və "NBCBank" ASC-nin lisenziyalarını ləğv edib.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biri olub. Hazırda bankın kapitalı AMB-nin tənzimləyici tələblərindən azdır.
“NBC Bank” 1992-ci ilin dekabr ayında təsis edilib. Bankın səhmdarları 2 hüquqi (8,75% pay) və 7 fiziki şəxsdir (91,25% pay).** X.Nəsirzadə