Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 8-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank iyunun 8-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 milyon manat cəlb etməyi nəzərdə tutur”, - bankdan bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,76%-7,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.** B.Rüstəmbəyov