“Audit Consulting 17” şirkəti “Təmiz Şəhər” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Audit Consulting 17” “Təmiz Şəhər” və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun maliyyə-təsərrüfat fəaliyyətinin auditoru seçilib”, - nazirlikdən qeyd ediblər.
Müqavilənin dəyəri 17 min manat təşkil edir.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında 500 min manat nizamnamə kapitalı ilə “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb. ** Ə.Məmmədov