Energetika naziri Pərviz Şahbazov iyunun 6-da OPEC+ ölkələri nazirlərinin videokonfrans formatında keçiriləcək iclasında iştirak edəcək.
“Pərviz Şahbazov iyunun 6-da Bakı vaxtı ilə saat 18:00-da OPEC+ ölkələri nazirlərinin videokonfrans formatında keçiriləcək iclasında iştirak edəcək”, - deyə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması ilə bağlı öhdəliklərin icrası müzakirə ediləcək.
“Həmçinin OPEC+ üzrə gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra uzadılması məsələsinə də baxılacaq”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova