Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) həyata keçirdiyi çarter reysi ilə Türkiyədən 144 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
“Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC vətəndaşlarımızın ölkəyə qaytarılması üçün çarter reysləri həyata keçirməyə davam edir. Belə ki, iyunun 5-də Ankaradan Bakıya həyata keçirilmiş çarter reysi ilə 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib”, - deyə məlumatda bildirilir.
Bütün sərnişinlər karantinə yerləşdiriliblər.*
N.Abbasova