Belarus neft tədarükünə dair uzunmüddətli neft müqavilələrinin imzalanması ilə əlaqədar Azərbaycan və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır. Bu barədə “Belneftexim” ədarükonserninin Xarici iqtisadi əlaqələr Baş İdarəsinin rəisi Ruslan Labut bəyan edib.
“Biz alternativ neft tədarükünü dayandırmaq niyyətində deyilik. Bunun üçün kompleks tədbirlər hazırlanıb. Həmin plana uyğun da işləyirik. Artıq cari il müntəzəm alternativ neft tədarükünə başlanılır. Planlarımıza uzunmüddətli müqavilələrin imzalanması daxildir. Azərbaycan və Səudiyyə Ərəbistanından olan tərəfdaşlarımızala uzunmüddətli əməkdaşlığın şərtləri iləbaölı dialoq aparılır”, - Labut “Vestnik Belneftexima” jurenalına müsahibəsində bildirib.