Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 200 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“İyunun 8-də keçirilən hərracda təklif 356,8 milyon manat təşkil etsə də, Mərkəzi Bank 200 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,76% təşkil edib”, - bankdan bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov