“Azərişıq” ASC 1 fazalı elektron sayğacların və smart-kartların alınmasına təxminən 2 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” “Meqaplyus” firması ilə 1 milyon 999 min 462,8 manat (cari məzənnə ilə $1,17 milyon) dəyərində müqavilə bağlayıb.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova