“Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyi şəhərdə abadlıq işlərinə 4 milyon 260,783 min manat yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, «Göygöl Təmir-Tikinti Təchizat T.R.» MMC ilə Gəncə şəhərində küçə işıqlandırma sisteminin yenilənməsi haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 1 milyon 86,073 min manatdır.
Bundan başqa, «Ardagi» MMC ilə şəhərdə abadlıq işlərinin aparılması haqqında 3 milyon 174,71 min manat dəyərində müqavilə bağlanıb.*
X.Nəsirzadə