Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib”, - deyə məlumatda bildirilir.
Təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.*
X.Nəsirzadə