Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Məcəlləsinə düzəlişləri və əmək məzuniyyətləri ilə bağlı məsələləri tənzimləmlənməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu barədə nazirlikdən məlumat verilir.
Layihəyə əsasən, Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişikliklər hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.
Bundan başqa,düzəlişlər işçilərin təqvim ili ərzində mütkəq məzuniyyətə çıxmalarını nəzərdə tutur. “Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur. Ona görə də Məcəlləyə daha bir təklifimiz işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbidir”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə