Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Eyni zamanda, 228 nəfər sağalıb və evə buraxılıb", - deyə məlumatda bildirilir.
Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib.
3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb.*
N.Abbasova