Koronavrius pandemiyası və onun qarşısını almaq məqsədilə tətbiq olunan karantin tədbirləri 2020-ci ildə Azərbaycanda ÜDM-in 2,6% azalmasına gətirəcək. Bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” (Global Economic Prospects, GEP) adlı iyun ayına olan icmalında deyilir.
Apreldə DB Covid-19 koronavirus pandemiyasının başlanması fonunda Azərbaycanda ÜDM-in azalmasını 0,2% səviyyəsində proqnozlaşdırıb.
DB-nin qiymətləndirmələrinə əsasən, 2020-ci ildə OPEC+ çərçivəsndə neft hasilatının azalması Azərbaycan ÜDM-in templərinə təsir edəcək.
DB-də hesab edirlər ki, koronavirus pandemiyası Azərbaycanda səhiyyəyə büdcə xərclərinin artımı, vergi ödəyiciləri üçün vergi ödənişlərinin təxirə salınması və əahlinin sosial müdafiəsi üzrə tədbirlər paketinin genişləndirilməsinə gətirəcək.
Eyni zamanda, DB 2021-ci il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,2% səviyyəsində saxlayıb.
DB-nin qiymətləndirmələrinə görə, dünya bazarlarındaneftin qiymətinin bərpa edildikcə Azərbaycanda iqtisadi fəallıq sabitləşəcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti Covid-19 səbəbindən əhali və biznesin dəstəklənməsinə $2 milyarddan çox vəsait və ya 4,3% yönəltməyi planlaşdırır.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templərinə dair yeni proqnoz dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
N.Abbasova