Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kənd yerlərində sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsaltinq xidməti göstərən şirkət seçir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 14 iyul saat 16:00-dək qəbul olunur. Tender proseduru 15 iyul saat 16:00-da baş tutacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. Agentliyin tərkibində “Kiçik və orta sahibkarlıq evləri”nin fəaliyyəti nəzərdə tutulur. Artıq ilk KOB evi Xaçmaz şəhərində fəaliyyət göstərir.*
B.Rüstəmbəyov