Bakı Nəqliyyat Agentliyi “İctimai nəqliyyatın intellektual idarəedilməsi” sisteminə 12 ay müddətinə xidmət üçün şirkət seçiminə dair tender elan edib. Bu barədə Agentliyin elanında deyilir.
Tenderdə iştirak haqqı – 700 manatdır.
Tender təklifləri iyulun 9-dək qəbul olunur, təkliflər iyulun 10-da açılacaq.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.** B.Rüstəmbəyov