Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Gəncə şəhərində çoxmənzilli yaşayış kompleksinin daxili və xarici qaz təchizatı üçün podratçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar aşağıdakılardır: analoji işlərin yerinə yetirilməsində təcrübə, texniki, maliyyə və kadr imkanları.
Tender təklifləri 7 iyul saat 15:00-dək qəbul olunur. Tender proseduru 8 iyul saat 15:00-da baş tutacaq.
Yaşayış kompleksi Gəncədə Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikiləcək.*
N.Abbasova