2020-ci ilin may ayında Azərbaycanda neft hasilatı aprel ayının 679,8 min barrel göstəriciyə qarşı 557,2 min barrel təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“2020-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barrel olub. Bunun 557,2 min barrelini xam neft, 92,8 min barrelini isə kondensat təşkil edib. Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini mayda 98%-dən çox yerinə yetirib”, - məlumatda deyilir.
Məlumata görə, mayda xam neftin 437,6 min barreli “Azəri-Çıraq-Günəşli”, 119,6 min barreli isə SOCAR üzrə hasil edilib. **
N.Abbasova