Bakıda yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
“Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında yanğın olub”, - deyə məlumatda bildirilir.
FHN briqadası hadisə yerinə gəlib. 20 nəfər təxliyə olunub. Yanğın söndürülüb.*
X.Nəsirzadə