Ukrayna Xarici İşlər Nazirliyi ölkələrlə uçuşların bərpası məsələlərini ikitərəfli formatda fəal müzakirə edir. Hazırda Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kipr ilə hava əlaqəsinin bərpa olunmasına imkan yerən müsbət siqnallar var. Bunu Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Yenin deyib.
“Ukrayna ilk növbədə nəzarət olunan epidemioloji vəziyyətdən başqa artıq müntəzəm uçuşların olduğu, o cümlədən Ukrayna vətəndaşlarının səfərlərinə məhduduyyət qoyulmayan ölkələrlə hava əlaqəsinin açılması məsələsini nəzərdən keçirir. İkitərəfli səviyyədə müvafiq məsələlərin fəal müzakirəsini davam etdiririk. Hazırda Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kipr ilə uçuşıarın bərpa olunmasını gözləməyə imkan yaradan müsbət siqnallar var. Diplomatlarımız bir sıra dövlətlərlə fəal danışıqlar prosesindədirlər. İrəliləyiş olduğu halda ictimaiyyəti bu barədə mütləq məlumatlandıracağıq”, - Yenin “İnterfaks-Ukrayna”ya müsahibəsində bildirib.
Nazir müavini vurğulayıb ki, XİN xarici təcrübəni fəal öyrənir və uçuşların tədricən bərpası ilə bağlı xarici tərəfdaşlarla məsləhətləşmələr aparır. **