Bakı işləyən əcnəbilər üçün dünyanın ən bahalı şəhərləri arasında172-ci yeri tutub. Bu, "Mercer" beynəlxalq konsaltinq şirkətinin reytinqində öz əksini tapıb.
Reytinqə dünyanın 209 şəhəri daxildir.
Ötən il Azərbaycan reytinqdə 178-ci yeri tutmuşdu.
2020-ci il reytinqində Honkonq ardıcıl olaraq ikinci ildir ki, çalışan əcnəbilər üçün ən bahalı şəhər statusunu qoruyur.
İkinci yerdə ötən il 7-ci yerdə qərarlaşmış Aşqabad gəlir. Tokio 2019-cu illə müqayisədə ikinci yerdən üçüncü yerə enib.
Sürix, Sinqapur, Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin də ən bahalı şəhərlərin ilk onluğuna daxil olub.
Reytinqdə son pillələri Daşkənd, Vindhok və Tunis tutur.
"Göstəricilərdə gözlənilməz dəyişikliklər, əsasən COVİD-19 pandemiyasının dünya iqtisadiyyatına təsiri ilə bağlıdır.
Reytinq dünyanın müxtəlif şəhərlərində yaşayış yeri, nəqliyyat, ərzaq, geyim, əyləncə və xidmətlərin qiymətləri əsasında hazırlanıb.*