Azərbaycanda 315 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Eyni zamanda, 229 nəfər sağalıb və evə buraxılıb", - deyə məlumatda bildirilir.
Hazırkı dövrədək ölkəmizdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib.
3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.*
N.Abbasova