Prezident Administrasiyasının 19 əməkdaşında koronavirus aşkarlanıb. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Dövlət qurumlarının bir neçə əməkdaşında koronavirus aşkarlanıb. Xüsusilə Prezident Administrasiyasının 19, o cümlədən İşlər İdarəsinin 14 əməkdaşı koronavirusa yoluxub”, - deyə o, bu gün brifinqdə bildirib.
R.Bayramlının sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə 7 əməkdaşında koronavirus aşkarlanıb.*
A.Əzizov