Azərbaycan hökuməti koronavirusla mübarizə çərçivəsində beynəlxalq maliyyə qurumlarından yardım almağı planlaşdırmır. Bunu prezident İlham Əliyev deyib.
“Aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik”, - deyə İ.Əliyev bu gün Bakıda üç modul tipli xəstəxananın açılışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilər, özünə məqbul olan şərtlərlə.*
A.Əzizov