Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
Bu avtomobil yolu iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündən ayrılacaq.
Sərəncamın mətni çərşənbə günü dövlət başçlısının aytında dərc olunub. ** X.Nəsirzadə