Azərbaycan Yəmənə $25 min məbləğində humanitar yardım göstərib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yəməndə baş verən humanitar böhranla əlaqədar prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə humanitar yardımın göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən $25 min məbləğində maliyyə vəsaiti ayrılıb”, - deyə məlumatda bildirilir.
BMT-nin hesablamalarına görə, cari il ərzində Yəməndə humanitar ehtiyacların qarşılanması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün $2 milyard həcmində vəsaitə ehtiyac duyulur. Hazırda Yəməndə 24 milyon insanın (əhalinin 80%-i) humanitar yardıma ehtiyacı var.*
X.Nəsirzadə