Azərbaycan Auditorlar Palatası (AAP) respublikada fəaliyyət göstərən auditor şirkətlərinin və müstəqil auditorların reytinqini dərc edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Auditor şirkətlərinin və müstəqil auditorların reytinqi onların 2019-cu il ərzində fəaliyyətinin yekunları üzrə tərtib olunub.
Reytinq 4 qrup üzrə tərtib olunub: xarici auditor şirkətlərinin filialları üzrə, xarici kapitallı auditor şirkətləri üzrə, yerli auditor şirkətləri üzrə və müstəqil auditorlar üzrə.
Xarici auditor şirkətlərinin filialları arasında birinci yeri «Ernst & Young», ikinci yeri «Deloitte & Touche», üçüncü yeri «PWC» tutub. Hər üç şirkət 2019-cu ildə reytiqndə mövqelərini qoruyub.
Xarici kapitallı şirkətlər arasında reytinqə «Baker Tilly Azerbaycan» liderlik edir, ikinci yerdə «Nexia EA», üçüncü yerdə «Caspian Business Consultans» qərarlaşıb.
Ötən ilin yekunları üzrə yerli auditor şirkətlərinin reytinqinə «TID Consulting» başçılıq edib, ikinci yerdə «Imdat Audit», üçüncü yerdə «VictoryWays Audit Consulting» gəlir.
Müstəqil auditorların reytinqində birinci yerdə Vəli Kərimov, ikinci yerdə Altay Cəfərov, üçüncü yerdə Vaqif Axundov qərarlaşıb.**
X.Nəsirzadə