2020-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 135,3 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 10 mlrd. 527,5 mln. manat (ötən ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə artım 17%), xərcləri 9 mlrd. 392,2 mln. manat (azalma 0,4%) təşkil edib.
Bu dövrdə Azərbaycanın nominal ÜDM-i 27 mlrd. 479,9 mln. manat təşkil edib. Beləliklə, bu dövrdə dövlət büdcəsinin profisiti ÜDM-in 4,1%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 mlrd. 134,5 mln. manat, xərcləri üzrə 26 mlrd. 894,7 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 760,2 mln. manat və ya ÜDM-in 3,3%-i səviyyəsində proqnozlaşdırılır.**
N.Abbasova