Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) üzrə işlərin görülməsinə təxminən 5,56 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, BNA «Yol Хətt» MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 5 milyon 556 min 976,45 manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
N.Abbasova