Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” sazişi təsdiq edib.
Sənəd 2020-ci il martın 11-də Bakı şəhərində yüksək səviyyədə aparılmış danışıqların yekunları üzrə imzalanıb.*
X.Nəsirzadə