1-10 iyun tarixlərində “AtaBank” və “Amrahbank”ın əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
“İyunun 1-dən 10-dək ADIF ləğv prosesində olan “AtaBank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödəyib”, - deyə məlumatda bildirilir.
“AtaBank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin 35 filialında ödənilir.*
X.Nəsirzadə