2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 311 milyon 337 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 209 milyon 807,3 min manat (azalma 5%) və ya bazar üzrə bütün sığorta haqlarının 67,4%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 93 milyon 920,4 min manat (azalma 18,8%), qeyri-həyat sığortası üzrə sığorta haqları 115 milyon 886,9 min manat (artım 10,1%) təşkil edib.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə sığorta haqları 101 milyon 529,7 min manat (artım 26%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (81 milyon 418,2 min manat), könüllü tibbi sığorta (66 milyon 859 min manat) və AVSMMİS (26 milyon 225,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Ümumilikdə, bu üç sığorta növü üzrə sığorta haqları hesabat dövründə sığortaçıların daxilolmalarının 56%-ni təşkil edib.
Cari ilin yanvar-aprel aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 105 milyon 564,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34,5% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 80 milyon 282,2 min manat (artım 41,2%) və ya bazar üzrə bütün ödənişlərin 76%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 49 milyon 322,8 min manat (artım 1,6 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 30 milyon 959,3 min manat (artım 18,5%) məbləğində olub.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə ödənişlər 25 milyon 282,6 min manat (artım 17,2%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (48 milyon 884,6 min manat), könüllü tibbi sığorta 23 milyon 316,2 min manat) və AVSMMİS (20 milyon 989,4 min manat) üzrə daha çox ödəniş ediblər. Ümumilikdə, bu üç sığorta növü üzrə ödənişlər hesabat dövründə bazar üzrə bütün ödənişlərin 88,3%-ni təşkil edib.
2020-ci ilin aprel ayının sonuna Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.*
N.Abbasova