Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü hazırda planlaşdırılmır. Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
"İndi biz koronavirus pandemiyasının bu mərhələsinin başa çatmasını gözləməli və xarici işlər nazirləri səviyyəsində işi davam etdirməliyik", - deyə Mnatsakanyan bu gün jurnalistlərə bildirib.
"Hazırda Paşinyan ilə Əliyev arasında görüşün keçirilməsi ilə bağlı planlar yoxdur", - deyə nazir vurğulayıb.*