«Bakı şəhər əsaslı tikinti və təmir» MMC binaların dam örtüklərinin və sosial-mədəni obyektlərin təmirinə 12 milyon 986,472 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Bakı şəhər əsaslı tikinti və təmir» MMC sözügedən işlərin yerinə yetirilməsi haqqında iki müqavilə bağlayıb.
«Vest Ltd» QSC ilə Dövlət Mənzil Fondunun balansında olan binaların dam örtüklərinin təmirini nəzərdə tutan 9 milyon 992,56 min manat dəyərində müqavilə bağlanıb.
«Star construktion-12» QSC ilə sosial-mədəni və məişət obyektlərinin əsaslı təmiri haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 2 milyon 993,911 min manatdır.*
B.Rüstəmbəyov