Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Akabe LLC"yə $10,6 milyon (9,8 milyon avro) məbləğində kredit ayırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
“"AKABE LLC” cəlb edilmiş krediti qısamüddətli borclarının yenidən maliyyələşdirilməsinə, dövriyyə vəsaitlərinin həcminin artırılmasına, anbar və yardımçı obyektlərin tikintisinə yönəldəcək", - deyə məlumatda bildirilir.
Layihənin ümumi dəyəri $13,3 milyon təşkil edir, qalan vəsait isə borcalanın özü tərəfindən təmin ediləcək.
“Akabe” MMC Azərbaycanda keramik lövhələr və ev üçün malların pərakəndə satışını həyata keçirir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 172 layihənin maliyyələşdirilməsinə 3,4 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 38 layihə daxildir və onların həyata keçirilməsinə təxminən 1,4 milyard avro ayrılıb.*
A.Əzizov