Koronavirus (COVİD-19) səbəbindən karantin dövrü ərzində “Azərbaycan Hava Yolları” QSC (AZAL) vasitəsilə 26 mindən çox vətəndaş daşınıb. Bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
“Karantin dövrü ərzində AZAL 310 çarter reysi həyata keçirərək 26,324 min sərnişin daşıyıb. Onlardan 13,501 min nəfər 159 reys ilə ölkəyə təxliyə olunan Azərbaycan vətəndaşı, daha 12,823 mini – 151 reys ilə Azərbaycanda çıxarılan əcnəbi vətəndaşdır”, - Hacıyev bu gün brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, AZAL 10% artımı nəzərə alaraq 2020-ci ilin iyun ayının sonuna 2,5 milyon sərnişinə xidmət göstərməyi planlaşdırıb.
“Əslində pandemiya ilə əlaqədar sərnişinlərin sayı cəmi 760 min nəfər təşkil edib”, - o vurğulayıb.
Hacıyev əlavə edib ki, 2019-cu ildə aeroport (Bakı) 4,74 milyon sərnişinə xidmət gəöstərib. **
B.Rüstəmbəyov