Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Azərbaycanın strateji cəhətdən əlverişli vəziyyəti düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir.
“Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”, - nazirlikdən vurğulanır. **
X.Nəsirzadə