Ermənistan Dağlıq Qarabağ münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Ermənistan özünü “demokratiya” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir”, - Məmmədyarov cümə axşamı Şərq Tərəfdaşlığı üzrə Xarici İşlər Nazirlərininvideo-telekonfrans görüşündə çıxışı zamanı bildirib.
XİN-in məlumatına görə, nazir bildirib ki, danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. **
A.Əzizov