2019-cu ildə real vaxt rejimində Azərbaycanın milli ödəniş sistemi (MÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 259 milyard manat təşkil edib, bu da ÜDM-in göstəricisindən 3,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
“2019-cu ilin yekunları üzrə milli ödəniş sistemi (AZIPS və HÖNKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 259 milyard manata, əməliyyatların sayı – 57 milyona çatıb”, - AMB-dən qeyd olunur.
Həmçinin, 2019-cu ildə banklar milli ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatların həcmini 8% - 143 milyard manatadək, əməliyyatların sayını 62% - 56 milyonadək artırıb.
AMB-dən vurğulanıb ki, 2019-cu ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 34% - 3,3 milyard manatadək, əməliyyatların sayı 31% - 49 milyonadək artıb.
AMB-nin məlumatına görə, 2019-cu ildə Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 1 milyard 336 milyon manat, $10,3 milyon, 3 milyon avro məbləğində 39,7 milyon kart əməliyyatı həyata keçirilib. **
A.Əzizov