Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 900 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə